"KİRPİ" SATİRA - YUMOR PORTALI

    http://kirpi.ucoz.net/ox
    http://kirpi.ucoz.net/k_logo-4

    G Ü L M Ə C Ə L Ə R . . .

     

                  Ailə həkiminə zəng:

    --Alo, həkim salam.
    --Əleyküm-salam.
    --Hər vaxtınız xeyir.
    --Vaxtınız xeyir, keçin mətləbə.
    --Həkim, mən sizi salamlayıram.
    --Xahiş edirəm sualınızı verəsiniz.
    --Həkim, mənim yoldaşımın 65 yaşı var, təqaüdçüdür.
    Mənim də 55 yaşım var.
    --Ay xanım vaxtımız azdır, sualınızı verin.
    --Adı Məhəmmədəlidir.
    --İşə düşmədik?
    --Qızım Aişənin
    ad günüdür, onu burdan...
    --Ay xanım, xahiş edirəm mətləbə keçin.
    --Ay həkim onu deyirəm də, imkan vermirsiniz, axı! Qızım Aişənin 9 aydır  qarnı ağrıyır.
    --Bayıra necə gedir?
    --Bayıra getmir, ay həkim, işsizdir, evdə oturur.
    --
    Deyirəm böyük bayıra necə gedir?
    --Duuud, duuud, duuud, duuud...

                 
                                Bir az da yumor...

    Rayonların birindən Bakıya gələn Rüstəm kişi avtovağzala yaxın bir xəstəxanaya daxil olur. Otaqların birinin qapısını açıq görüb girir içəri. Həkim qız nəzakətlə soruşur:
    --Əmi, haranız ağrıyır?
    Kişi cavab verir:
    --A qızım, aparat işləmir.
    Həkim qiz kişinin təzyiqini ölçdükdən sonra,  ürəyinə də qulaq asır və deyir:
    --Əmi, maşallah olsun, ürəyiniz cavan oğlan ürəyidir.
    Kişi utancaq bir görkəm alıb deyir:
    --A qızım, andır işləmir, dana...
    Həkim qız balaca bir kağıza “8-ci otaq” yazıb verir kişiyə və deyir:
    --Əmi koridorla gedin qabağa, 8-ci otağa müraciət edin.
    Kişi gedir irəliyə, 5, 6, 7, 8-ci otağın qarşısında dayanır. Qapının üzərində “otaq-8”  və bir də  “androloq”  sözünü oxuyub, bərkdən çığırır:
    --Payyyatonnnan, nətəər hər şeyin öz həkimi var əəə?

         

                    

                         Bəzən belə olur...

    “Filan” İstehsalat Birliyinin rəisinin qəbuluna iş üçün gələn cavan oğlanla rəisin dialoqu:
    Oğlan: --Mən Filankəs Bəhmənkəsovam, özümə uyğun iş istəyirəm.
    Rəis: --Oğul, sənin soyadın tanış gəldi, kimlərdənsən?
    Oğlan: --Başaçıxan müəllimin oğluyam.
    Rəis: --Əşşi, ola bilməz, dolama məni.
    Oğlan: --Rəis, sən öl düz deyirəm.
    Rəis: --Onda gəl çıx çiynimə...
    Oğlan çıxır rəisin masasının üstünə.
    Rəis: --A bala neyləyirsən?
    Oğlan: --Çıxıram çiyninizə.
    Rəis: --Dayan, a bala, indi bildim ki, atanın oğlusan. Neçə ildir çıxıb oturub başımızda, düşməyi heç düşünmür də...
    Səni kommersiya şöbəsinə müdir təyin edirəm, sabahdan işə çıxarsan...

                                 Hacı muradın iti ölüfff?

    Vaxtilə böyük vəzifələrdə işləmiş, ömrünün ixtiyar çağında Müqəddəs Məkkəni, Mədinəni ziyarət etmiş Hacı Murad kişi kənddə uşaqdan böyüyə hamının əlindən tuturdu. Borc istəyənə lazımi qədər faizsiz borc verirdi, deyirdi olanda verərsən. Elə adam var idi ki, Hacıya illərlə borclu qalırdı, qaytarmağı heç ağlına da gətirmirdi.
     Bir gün borclulardan biri o biri borcluya dedi ki, eşitmişəm Hacı Muradın iti ölüf, yaxşı döyül, gəlin gedək kişiyə başsağlığı verək. Borclulardan 5-6 nəfər yığışıb düzəldilər yola. Gəlib Hacı Murad kişinin doqqazına yaxınlaşdılar, gördülər darvazaya qara parça bağlayıblar. Bunlar darvazaya çatanda Hacının arvadı çıxdı yola. Arvad saçını yolub, üzünü cırmışdı. Kişilərin biri arvaddan soruşdu:
    --Hacı Muradın iti ölüfff?
    Arvad ağlaya-ağlaya:
    --Ay evinizi Allah tiksin, it nədir, Hacının özü rəhmətə gedib,-dedi.
    Kişi bığından qımışıb o biri kişilərə bic-bic göz vurdu, və arvada dedi:
    --Bacı, allah Hacıya rəhmət eləsin, mənim sovetlikdə işim var, gedim, sonra gələrəm.
    O birilər də hərəsi bir bəhanə gətirib aradan çıxdılar...

                       Yadima bir rəvayət düşdü:

    Sağında bir molla, solunda bir molla əyləşmiş məsçidin axundu bir gün məsçidə mütəmadi olaraq gəlib-gedən qadınları bir yerə yığıb məsləhət, məşvərət edir. Axund qadınlara deyir ki, başqa naməhrəm kişilərlə yaxınlıq etmək, onlarla söhbət etmək, hətta onların üzünə baxmaq olmaz. Bu zina-dır.
    Qadınlar durub gedəndə onlardan biri qalır məsçiddə. axund ona deyir ki, qadın, sən niyə getmədin?
    Qadın deyir ki, mənim sizə bir sözüm var. Axı bir kişi mənim çox xoşuma gəlir.
    Axund deyir, olmaz.
    Qadin deyir, mən onu çox sevirəm.
    Axund deyir, bu zina-dır.
    Qadın deyir, mən onunla yaxınlıq etmək istəyirəm.
    Axund deyir, cəhənnəm odunda yanacaqsan.
    Qadın deyir, o kişi sənsən, axund!
    Axund yanındakı mollalara qadını göstərib deyir, buna baxın bir, cənnətə getmək istəyir eyy!!!